Qırğız-tacik sərhədindəki münaqişədə ölənlərin sayı 13-ə çatıb

Tacikistan sərhədçiləri ilə Qırğızıstan vətəndaşları arasında yaranmış qarşıdurmada ölənlərin sayı 13 nəfərə çatıb.

Bu barədə “RİA Novosti”yə ölkənin Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

“Saat 07:50-də (Bakı vaxtı ilə saat 05:50) Qırğızıstan-Tacikistan sərhədində baş vermiş insident zamanı yaralananların ümumi sayı 134 nəfərdir. Bunlardan 13-ü ölümlə nəticələnib”, – məlumatda belə deyilir.

Nazirliyin bildirdiyinə görə, yaralılardan 25-i xüsusi təyyarə ilə Batkendən Bişkekə aparılıb. Onlar Bişkek Tədqiqat Travmatologiya və Ortopediya Mərkəzində, Milli Xəstəxanada və Milli Cərrahiyyə Mərkəzində yerləşdiriliblər. Yaralılardan ikisinin vəziyyəti ağır, qalanlarının vəziyyəti isə orta ağır və nisbətən qənaətbəxş kimi qiymətləndirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Son bir gündə dünyada 870 mindən çox adamda koronavirus aşkar olunub –

Sonrakı məqalə

İsraildə dini bayram zamanı tribuna çöküb –