Qırğızıstan Prezidenti MDB liderlərinin görüşünə getməyəcək

Qırğızıstan Prezidenti Sadır Japarov MDB dövlət başçılarının bugünkü qeyri-rəsmi görüşündə iştirak etmək üçün Sankt-Peterburqa getməyəcək.

Azpost.info xəbər verir ki, Japarovun mətbuat katibi Erbol Sultanbayev bu qərarı ölkə başçısının iş qrafikinin sıxlığı ilə izah edib.

“İş qrafiki ilə əlaqədar Sadır Japarov MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcək”, – Sultanbayev deyib.

O qeyd edib ki, Qırğızıstan tərəfi Rusiya prezidenti Vladimir Putinin yubileyi münasibətilə Japarovun təbrikini çatdırmaq üçün görüşə öz nümayəndəsini göndərəcək. Sankt-Peterburqa dövlət katibi Suyunbek Kasmambetov gedəcək.

Azpost.info

 

Əvvəlki məqalə

“Rusiya üçün çətin qərarlar qəbul edirsiniz”

Sonrakı məqalə

“Kurtlar Vadisi”nin “İplikçi Nedimi” vəfat etdi –