“Rusiya üçün çətin qərarlar qəbul edirsiniz”- Lukaşenko Putini təbrik etdi

“Minsk və Moskva birlikdə qlobal çağırışlara adekvat cavab verəcək və strateji tərəfdaşlığın yeni səviyyəsinə yüksələcək”.

Azpost.info xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.

Lukaşenko Rusiya Prezidenti Vladimir Putini 70 illik yubileyi münasibətilə təbrik edib.

O əlavə edib ki, o, Putinlə açıq və etibarlı münasibətləri, eləcə də iki dövlət arasında əlaqələrin möhkəmlənməsinə xidmət edən bərabərhüquqlu və səmərəli dialoqu yüksək qiymətləndirir:

“Yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Böyük bir dövlətin əsl lideri kimi siz Rusiya Federasiyasının müstəqil inkişafını təmin etmək, rus xalqının adət-ənənələrini və dəyərlərini qorumaq üçün düşünülmüş və çətin qərarlar qəbul edirsiniz”.

Azpost.info

Əvvəlki məqalə

Bayden nəşə çəkməyə görə həbs olunan vətəndaşları əfv edib –

Sonrakı məqalə

Qırğızıstan Prezidenti MDB liderlərinin görüşünə getməyəcək