Qırğızıstanda daha 314 nəfər koronavirusa yoluxub-

4 nəfər vəfat edib
06 İyul 2020 - 09:43

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 314 nəfər yoluxub.

Trend-in “Kabar”a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin Səhiyyə nazirinin müavini Mademin Karatayev deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 691 nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, ötən gün koronavirusdan 4 nəfər ölüb, 41 nəfər sağalıb, ölənlərin ümumi sayı 92 nəfər, sağalananların ümumi sayı isə 2 843 nəfərdir.