Qırğızıstanda daha 314 nəfər koronavirusa yoluxub-4 nəfər vəfat edib

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 314 nəfər yoluxub.

Trend-in “Kabar”a istinadən verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin Səhiyyə nazirinin müavini Mademin Karatayev deyib.

Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 691 nəfərə çatıb.

Nazir müavini qeyd edib ki, ötən gün koronavirusdan 4 nəfər ölüb, 41 nəfər sağalıb, ölənlərin ümumi sayı 92 nəfər, sağalananların ümumi sayı isə 2 843 nəfərdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda azyaşlı 5-ci mərtəbədən yıxılıb

Sonrakı məqalə

Bakıda Şuşa şəhərciyində güclü yanğın başlayıb –