Qırmızı çaxır, soğan, şokolad –Yaddaşı möhkəmləndirən qidalar (ARAŞDIRMA)

qırmızı şərab
qırmızı şərab

Bitki mənşəli flavonollarla zəngin qidalar yaddaşı daha uzun müddət saxlamağa kömək edir.

Azpost.info bildirir ki, bu barədə Kolumbiya Universitetinin tədqiqatçıları müəyyən ediblər. Tədqiqatın nəticələri PNAS jurnalında dərc olunub.

Tədqiqatçılar min nəfər yaşlı insanı  iki qrupa bölərək eksperiment aparıblar. İlk qrup tərkibində heç bir tibbi effektə, sağaldıcı təsirə malik olmayan plasebo həblərinin qəbulu ilə aparalan adi pəhriz saxlayıb. Plasebo həbləri psixoloji təsir nəticəsində fizioloji dəyişmənin müsbət müalicəvi effekti sayılır.

İkincisi qrup isə gündə 500 mililitr qəbul edilməli olan flavonollu preparatlarla təmin olunub. Üç il ərzində alimlər xəstələrin koqnitiv sağlamlığını izləyiblər.

Araşdırma nəticəsində məlum olub ki, ikinci qrupun yaddaşı 16% yaxşılaşıb. Göstəricilərin bu cür artması dəqiq olaraq flavonolların – insan orqanizmində müəyyən fermentləri işə salan bitki mənşəli maddələrin istifadəsi ilə əlaqədardır. Buna görə də idrak sağlamlığı yaxşılaşır. Flavonoidlərin bu alt sinfi soğan, alma, çaytikanı, çay, şokolad və qırmızı şərabda olur.

Araşdırma müəlliflərinin fikrincə, tədqiqatın nəticələri beyni gücləndirmək üçün müxtəlif qida maddələrinin nə qədər zəruri olduğunu aydın göstərir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.