“Qış ağır keçəcək, qaza qənaət edin!” –Davosdan Avropa ölkələrinə çağırış

Beynəlxalq Enerji Agentliyinin prezidenti Fatih Birol avropalıları gələn qışda evlərini daha az qızdırmağa çağırıb. O, qeyd edib ki, bu yolla Avropa milyardlarla kubmetr qaza qənaət edəcək ki, bu da Rusiya yanacağından asılılığı əhəmiyyətli dərəcədə azaltmağa kömək edəcək.

Azpost.info xəbər verir ki, Birol bu çağırışını Davosda keçirilən Dünya İqtisadi Forumunda səsləndirib.

Onun tövsiyələrindən biri də evlərdə temperaturun iki dərəcə aşağı salınmasıdır: “Avropada qış kifayət qədər çətin keçəcək. Lakin istiliyin cüzi tənzimlənməsi 20 milyard kubmetrə qənaət etmək üçün yetərli olacaq ki, bu da “Şimal axını-1”dən gələn qaza bərabərdir”.

Azpost.info

Əvvəlki məqalə

Litva prezidenti Rusiyadakı səfirin səlahiyyətlərinə xitam verdi

Sonrakı məqalə

Ərdoğan Yunanıstanın Baş naziri ilə görüşdən imtina etdi