Qısa videolara asılılıq beyin strukturunu dəyişir

Qısa videolar
Qısa videolar

“NeuroImage” jurnalında dərc edilən son araşdırma, TikTok kimi qısa videolar təqdim edən platformalarından tez-tez istifadənin beynimizin işini dəyişdirə biləcəyini ortaya qoyub. AzPost bildirir ki, bu videolara aludə olan insanlar beynin emosiyaları və həzzləri idarə edən sahələrində dəyişikliklər göstərir.

TikTok və buna bənzər xidmətlər bütün dünyada populyarlıq qazanır və bir çox ekspert onların psixi sağlamlığımıza təsirindən narahat olmağa başlayır. Mütəxəssislər hesab edirlər ki, bu cür platformalara həddindən artıq məruz qalma düşüncəmizə və əhvalımıza pis təsir edə bilər. Qısa videolara aludə olan insanlar tez-tez yuxu problemlərindən, əhval dəyişikliyindən və konsentrasiyanın azalmasından əziyyət çəkirlər.

Tədqiqat Çindən olan alimlər tərəfindən qısa videolara baxan  tələbələr arasında aparılıb. Beyin şəkilləri göstərib ki, bu cür proqramlara çox aludə olanlar beynin emosiya və həzzlə əlaqəli müəyyən nahiyələrində həcmi artıb. O da məlum olub ki, paxıllığa meylli insanlar bu tip məzmunlara daha çox aludə olurlar.

Qeyd edək ki, bu elmi araşdırma hələ tam mənzərəni təqdim etmir, çünki beyində bu cür dəyişikliklərə nəyin səbəb olduğunu dəqiq söyləmək mümkün deyil.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.