Özünü “peyğəmbər” elan edən afrikalı bir şəxsin açıqlamaları sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.
AzPost.az xəbər verir ki, Nuh adlı afrikalı kişi dünyanın sonunun baş verməyəcəyini bəyan edərək, bəşəriyyətə “əlavə vaxt verildiyini” iddia edib.
Onun sözlərinə görə, etdiyi dualar nəticəsində Tanrı insanlara Böyük Tufana hazırlaşmaq üçün daha çox zaman tanıyıb. Özünü “peyğəmbər” adlandıran Nuh bildirib ki, məhz onun vasitəçiliyi ilə qiyamət təxirə salınıb və bu, onun mənəvi missiyasının sübutudur.
Qalmaqallı açıqlamalar bununla da bitməyib. Nuh ardıcıllarına müraciət edərək, yeni “gəmilərin” – yəni Nuhun gəmilərinin inşası üçün daha çox ianə verməyə çağırıb. O, guya qarşıdan gələn fəlakətlərə yalnız bu yolla hazırlaşmağın mümkün olduğunu deyib.
Maraqlı məqam ondan ibarətdir ki, bu bəyanatlar onun yeni Mercedes markalı avtomobil almasının ardından səsləndirilib.