Qiymət artımı gələn il davam edəcək? –

Deputat parlamentdə bu sualı verib
16 Noyabr 2021 - 16:29

“Seçiciləri maraqlandıran əsas sual bu il davam edən qiymət artımlarının gələn il davam edib-etməyəcəyi ilə bağlıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında gələn il üçün büdcə zərfinin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Deputat bildirib ki, gələn il büdcəmizdə əməkhaqqı, pensiya, təqaüdlərin artırılmasını nəzərdə tuturuq: “Amma biz gələn il inflyasiyanın qarşısını almaq üçün lazımi addımlar atmasaq, bu tədbirlərdən vətəndaşlarımız faydalana bilməyəcək. Dünyada hazırda çox ciddi ərzaq qıtlığı prosesi gedir. Ona görə də biz ilk olaraq ərzaq təminatımızı həyata keçirməliyik. Digər tərəfdən, yaxşı iş yeri yarada, yaxşı maaş verə bilsək, digər sosial təminatlara da ehtiyac qalmaz”. (APA)