“Qiymət siyasətində səhvlər məhsulun qıtlığına gətirib çıxarır” –

Mikayıl Cabbarov bahalaşmadan danışdı
10 Noyabr 2021 - 16:01

“Dünya bazarlarında son 12 ildə ən yüksək qida qiymətləri bu il müşahidə olunur. Bu sahədə xüsusilə ölkəyə idxal olunan qida məhsullarını qeyd edə bilərik”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, hətta Azərbaycanda istehsal olunan məhsul olsa da belə, qiymətlərlə bağlı bir təzyiq var: “Əfsuslar olsun ki, qiymət siyasətində səhvlər məhsulun, malın qıtlığına gətirib çıxarır. Belə güman edirəm ki, biz bir sıra ölkədə bu problemi görəcəyik. Bunun kökündə qiymət siyasətinin tənzimlənməsində olan səhvlər duracaq. Bu, sadəcə, ərzaqla məhdudlaşmayacaq”.