“Qiymət bizdə niyə düşməyə başlamır?” –Deputatdan monopoliyaya etiraz

“Azərbaycanda olan inflyasiya idxal olunan inflyasiya olduğu bildirilir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2022-ci ildəki fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitənin sədr müavini Əli Məsimli bildirib.

“Beynəlxalq aləmdə qiymətlər aşağı düşməyə başlayıb. Əgər bu idxal olunan inflyasiyadırsa, qiymət bizdə niyə düşməyə başlamır? Burada monopoliya böyük rol oynayır. Buna görə də anti-monopoliya addımları atılmalıdır. Monopoliyaya görə Azərbaycan vətəndaşları 500 milyon manatdan çox vəsait itirirlər”, – deyə Əli Məsimli əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.