Qızdırmanı salmaq üçün bu səhvləri etmək olmaz!- Həkim doğru bilinən yanlışları AÇIQLADI

“Yüksək olmayan hərarətdə qızdırmasalıcı dərmanların qəbulu müalicə zamanı yayılmış səhvlərdən biridir”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Mərkəzi Klinik Xəstəxanasının həkimi Polina Yermolova bildirib.

Mütəxəssis qeyd edib ki, viruslar yüksək hərarətdə ölür, qızdırma salan dərmanlar isə orqanizmi bakteriyalarla mübarizə qabiliyyətindən məhrum edir.

“Xəstə 37.5 temperaturda özünü pis hiss edir. Baş ağrısı, ürəkbulanma, halsızlıq olur. Təbii ki, o, bu simptomlardan xilas olmaq istəyir və qızdırma salan dərman içir. Lakin bunu etmək tövsiyə edilmir, çünki viruslar və bakteriyalar yüksək temperaturda ölür”, – həkim deyir.

Onun fikrincə, doğru kimi qəbul edilən başqa bir yanlış da var ki, bu da hərarət qalxdığında duş qəbul etməkdən   imtinadır. Həkimin sözlərinə görə, təri yumaq lazımdır, çünki tərli dəridə virus və bakteriyalar daha yaxşı inkişaf edir. Eyni zamanda, o, iltihablanma təhlükəsi olduğuna görə isti vanna qəbul etməmək barədə xəbərdarlıq edir.

Mütəxəssis onu da deyir ki, yüksək hərarət zamanı mümkün qədər çox maye içmək lazımdır: “Suyun miqdarını üç litrə qədər artırmaq məsləhətdir. Maye ilə birlikdə bədəndən toksinlər də çıxır. Həmçinin otağı havalandırmaq üçün pəncərələr gündə təxminən beş dəfə açılmalıdır. Bu, virusların hissəciklərinin evdən çıxmasına imkan verir”.

Azpost.info

 

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

Nazirlər Orxan Əsgərovun dəfnində iştirak edib