“Qızıl buts” mükafatı hansı futbolçulara veriləcək? –Avro-2024 /ADLAR

Almaniyada keçirilmiş Avropa çempionatında “Qızıl buts” mükafatını alacaq futbolçular bəlli olub.

Mükafat hərəyə 3 qol vuran 6 bombardirə təqdim olunacaq.

Bunlar ispaniyalı Dani Olmo, ingiltərəli Harri Keyn, gürcüstanlı Jorj Mikautadze, slovakiyalı İvan Şrants, almaniyalı Camal Musiala və niderlandlı Kodi Qakpodur.

UEFA-nın yeni qaydalarına əsasən, “Qızıl buts” mükafatı turnirdə ən çox qol vuran futbolçuların hamısına veriləcək. Əvvəlki Avropa çempionatlarında isə topların sayı eyni olardısa, əlavə göstəricilərə baxılırdı.

Qeyd edək ki, “Avro-2024”ün qalibi finalda İngiltərə millisinə 2:1 hesabı ilə qalib gələn İspaniya yığması olub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.