Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Qızılca ilə yoluxmuş uşaqlar peyvənd almayanda ölüm riski yüksək olur”

User 07 Dekabr 2023 - 13:23 (Last updated: 21 May 2025 - 20:15)
17019404743975635118_1200x630

Uşaqlarda qızılca əlamətləri yalnız hərarət və səpgi deyil.

Bunu həkim-pediatr Sevda Novruzova deyib. O bildirib ki, qızılca zamanı ilk növbədə yuxarı tənəffüs yollarının kataral əlamətləri – öskürək və asqıraq müşahidə olunur: “Bunun ardınca isə mərhələli səpgi gəlir. Mərhələli səpgi artıq qızılcanın diferensial diaqnozunun qoyulmasını sübut edən əlamətdir. Sonuncu mərhələ piqmentasiyadır və ondan sonra inkubasion dövr bitir və sağalma müşahidə olunur. Temperatur 38-39 dərəcəyə qədər qalxa bilir, ümumi intoksikasiya əlamətləri müşahidə olunur”.

Həkim-pediatr bildirib ki. qızılca əleyhinə peyvənd olunmayan uşaqlar və böyüklər arasında ölüm halları 40 faizdən yuxarı təşkil edir. Bu virusun yüngül keçirilməsi üçün ilk vaksinin 1 yaşında, ikincinin isə 4-6 yaş aralığında vurulması tövsiyə olunur. “Bəzi valideynlər uşaqları peyvənddən yayındırırlar, hətta ərizə yazaraq peyvənddən imtina edirlər, bu, çox təhlükəli haldır. Qızılca ilə yoluxmuş uşaqlar peyvənd almayanda ölüm riski yüksək olur, qızılcanın ağırlaşmaları – meningit, ensefalit, görmənin itirilməsi və s. kimi hallar daha çox müşahidə olunur”.

Qeyd edək ki, qızılca virusuna yoluxanların bədənində A vitamini azaldığı üçün minerallar və vitaminlərlə zəngin duru qidaların qəbul edilməsi və yataq şəraitində müalicə alması məsləhət görülür.

Səhiyyə Nazirliyi Azərbaycanda 10 yaşa qədər uşaqların qızılcaya qarşı vaksinasiyasına dair yaydığı məlumatda bildirir ki, peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar. Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin 1-ci və 2-ci dozasını almalıdırlar(azərtac).

Post navigation

Previous: ABŞ maliyyə naziri Ukraynaya yardımın bloklanmasını şərh edib
Next: Prezident seçkisi ilə bağlı fevralın 7-si qeyri-iş günü olacaq

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

tramp iran
  • Dünya

Tramp gələn həftə İrana zərbə endirə bilər – Associated Press

User 30 Oktyabr 2026 - 19:12
Vəziyyətlə tanış olan iki diplomatın sözlərinə görə, ABŞ rəsmiləri Yaxın Şərqin bir sıra ölkələrini və regiondakı müttəfiqlərini...
Read more about Tramp gələn həftə İrana zərbə endirə bilər – Associated Press
“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev hikmet cefri saks
  • Siyasət

“Azərbaycan Ermənistanla əbədi sülh yolunu seçib” – Hikmət Hacıyev

User 30 Oktyabr 2026 - 18:25
65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır? hamam
  • Maraqlı

65 yaşdan sonra həftədə neçə dəfə çimmək lazımdır?

User 30 Oktyabr 2026 - 18:09
Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir? urek
  • Maraqlı

Yüksək təzyiqə qarşı faydalı tərəvəz – Kardioloq nəyi tövsiyə edir?

User 30 Oktyabr 2026 - 17:55
Ərdoğan Ceyhun Bayramovu qəbul edib erdoqan ceyhun01
  • Baş Yazı

Ərdoğan Ceyhun Bayramovu qəbul edib

User 30 Oktyabr 2026 - 17:51
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.