Qızına şiddət göstərən Elnur Məmmədov həbs edilib.
Bu barədə DİN mətbuat xidmətindən məlumat verilib.
Bildirilib k, Xəzər rayon Məhkəməsinin qərarı ilə Elnur Məmmədov barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, övladına fiziki şiddət göstərən atanın görünütləri sosial şəbəkədə rezonans doğurub.
Əməlin Bakı şəhəri Türkan qəsəbəsi sakini 1983-cü il təvəllüdlü Elnur Məmmədov tərəfindən törədildiyi müəyyən olunub. Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov şübhəli şəxs qismində saxlanılıb.