QMİ sədri fitrənin məbləğini açıqladı

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının verdiyi məlumata görə, bu il Şəvval ayının 1-i – Ramazan bayramı Miladi təqvimlə aprelin 21-nə təsadüf edir.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Ramazan bayramı münasibətilə təbrikində qeyd olunub.

Bildirilib ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü – Bayram axşamı şam namazından sonradır.

Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur.

“Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır”, – təbrikdə vurğulanıb.

Əvvəlki məqalə

Zabratda qəbiristanlıqda qəbir daşları dağıdılıb –

Sonrakı məqalə

Bu gün UEFA Çempionlar Liqasında yarımfinalçılar bəlli olacaq