Bu gün UEFA Çempionlar Liqasında yarımfinalçılar bəlli olacaq

Bu gün UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinə yekun vurulacaq.

İki oyunla turnirin yarımfinalçıları müəyyənləşəcək.

İngiltərə təmsilçisi “Mançester Siti” Almaniyada yerli “Bavariya”nın qonağı olacaq. İlk görüşdə doğma arenada 3:0 hesabı ilə qalib gələn Mançester təmsilçisi cavab qarşılaşmasına böyük üstünlüklə çıxacaq.

Digər cütdə isə İtaliyanın “İnter” klubu doğma meydanda Portuqaliyanın “Benfika” komandasını qəbul edəcək. Səfərdə 2:0 hesablı qələbə qazanan İtaliya klubu bu üstünlüyünü qorumağa çalışacaq.

Qeyd edək ki, “Real Madrid” və “Milan” (İtaliya) yarımfinala vəsiqəni təmin ediblər.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.