QMİ sədri ilə BMT Baş Katibinin müavini arasında video görüş olub

23 oktyabr 2020-ci il tarixində Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə BMT Baş Katibinin müavini, BMT Sivilizasiyalar alyansının Yüksək Nümayəndəsi Migel Anhel Moratinos arasında video konfrans formatında görüş baş tutub.
Moratinos Azərbaycan dövlətinin mədəniyyətlər arası və dinlər arası əməkdaşlığın inkişafında, ümumbəşər dəyərlərin qorunub saxlanılmasında böyük rolunu qeyd edərək, QMİ sədrinə regionun dini lideri olaraq böyük rəğbət bəslədiyini bildirib və onun bu istiqamətdəki səylərini yüksək qiymətləndirib.
Söhbət əsnasında Şeyxülislam həzrətləri cənab Moratinosu maraqlandıran məsələlər barədə ona məlumat verib.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ermənistan Ordumuzu onun ərazisinə atəş açmağa təhrik edir –

Sonrakı məqalə

Şəhid hərbçilərin bank kreditləri tam həcmdə silinəcək –