“Qocalanda kökəlin, çoxlu yeyin” –Alimlər yaşlı adamlara çəki almağı tövsiyə edir

Bədənin çəkisinin uzun ömür yaşamağa təsiri varmı? 

Azpost.info bildirir ki, “Nikkei Asian Review” nəşrində yapon alimləri buna cavab veriblər.

10 il müddətində alimlər Yaponiyanın 350 min sakini üzərində müşahidə aparıblar. İştirakçıların orta yaş həddi 40 civarında olub.

Məlumdur ki, piylənmə sağlamlıq üçün ziyanlıdır. Piy həddinin yüksək olması qan təzyiqi, şəkər, arterioskleroz kimi xəstəlik riskini artırır, bu isə insulta və infarkta səbəb olur.

Ümumən belə qəbul olunub ki, sağlam olmaq üçün az yemək, sağlam qidalar qəbul etmək lazımdır.

“Yusekay” tibb korpoasiyasının rəhbəri Zun Sasaki  bildirib: “Qocalıqda əsas olan çoxlu yeməkdir. Arıq olmaqdansa kök olmaq yaxşıdır”. 

Nə üçün yaşlı vaxtı çəki almaq yaxşıdır? 

Sasakinin fikrincə, arteroskleroza görə piylənmədən qorxuruq. Amma yaş artdıqca arteroskleroz onsuz da inkişaf edir, cavan vaxtında olduğu kimi onun profilaktikasının artıq mənası olmur.

Amma yaş artdıqca başqa təhlükə meydana çıxır: zəiflik problemi, fiziki və psixi həyat qabiliyyətinin, əzələ gücünün düşməsi prosesi yaranır. Yataq rejiminə və ölümə səbəb olacaq funksional pozuntular riski artır. Ona görə, tədqiqatçı alim hesab edir ki, yaşlı vaxtda yaxşı qidalanma və bir az çəki almaq yaxşıdır. Bu həmin saydığımız problemlərdən yan qaçmağa imkan yaradır.

 

Əvvəlki məqalə

“Boris Conson və Liz Tras böyük siyasətə qayıdacaq”

Sonrakı məqalə

Şəmkirdə qardaş 27 yaşlı bacısını öldürdü