Şəmkirdə qardaş 27 yaşlı bacısını öldürdü

Şəmkirdə qətl hadisəsi baş verib.

Hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.

1995-ci il təvəllüdlü Qənirə Şərifova qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Şərifli tərəfindən bıçaqla qətlə yetirilib.

Şaiq Şərifli Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs kimi saxlanılıb.

Araşdırma aparılır. Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Sabirkənd kənd sakini, 1995-ci il təvəllüdlü Qənirə Şərifovanın bıçaq xəsarətləri ilə qətlə yetirilməsi ilə bağlı məlumat daxil olub. Dərhal polis və rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı qətli mərhumun qardaşı, 1992-ci il təvəllüdlü Şaiq Şəriflinin törətməsi məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs saxlanılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb araşdırmalar davam etdirilir. (APA)

Əvvəlki məqalə

“Qocalanda kökəlin, çoxlu yeyin” –

Sonrakı məqalə

Adil Qeybulla həbsdə olan Bəxtiyar Hacıyevlə görüşüb –