Qocalar evində yanğın- 15 nəfər yaralandı

Münxendə qocalar evində baş verən yanğın nəticəsində 15 nəfər xəsarət alıb. Modern.az “Spiegel” qəzetinə istinadla xəbər verir ki, şəhərin mərkəzindəki tarixi binada yerləşən qocalar evində baş verən hadisə zamanı 60 nəfər təxliyə edilib.

Yanğının söndürülməsi üçün hadisə yerinə 120-dək yanğınsöndürən cəlb olunub, əraziyə giriş məhdudlaşdırılıb.

Təxliyə olunan sakinlər başqa yerlərə köçürülüb. Xəsarət alanların vəziyyətinin ağır olmadığı bildirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.