Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Qocalma prosesi 50 yaşdan sonra sürətlənir

User 03 Avqust 2025 - 11:00 (Last updated: 03 Avqust 2025 - 10:16)
qoca02

Yeni dərc olunmuş elmi araşdırma qocalmanın vahid və sabit bir proses olmadığını, əksinə, müəyyən yaş dövrlərində, xüsusilə də 50 yaş ətrafında sürətləndiyini ortaya qoyur. Bu nəticələr yaşlanma prosesini zülallar səviyyəsində araşdırmaqla əldə edilib və “Cell” jurnalında dərc olunub.

AZƏRTAC xəbər verir ki, Çin Elmlər Akademiyasının regenerativ təbabət üzrə mütəxəssisi Quanqxui Liu və onun tədqiqat komandası, beyin zədəsi səbəbi ilə həyatını itirmiş 14-68 yaş aralığında olan 76 Çin əsilli şəxsdən alınmış toxuma nümunələrini təhlil edib. Bu nümunələr bədənin səkkiz əsas sistemini təmsil edən orqanlardan götürülüb.

Tədqiqat zamanı toxumalardakı zülalların miqdar və növlərində yaşla bağlı dəyişikliklər araşdırılıb. Alimlər 48 müxtəlif xəstəliklə əlaqəli zülalın yaşa bağlı artımını müşahidə ediblər. Ən erkən dəyişikliklər təxminən 30 yaşında, hormonların sintezində mühüm rol oynayan böyrəküstü vəzilərdə qeydə alınıb. Əsas dönüş nöqtəsi isə 45-55 yaş aralığında baş verib. Bu dövrdə zülal səviyyələrində kəskin dəyişikliklər müşahidə olunub. Ən diqqətçəkən dəyişikliklər bədənin əsas arteriyası olan aortada aşkar edilib, bu, oksigenlə zəngin qanı ürəkdən bədənə daşıyan əsas damardır. Tədqiqatın nəticələri göstərir ki, bəzi toxumalar, xüsusilə damar sistemi, digərlərindən daha sürətlə qocalır. Kaliforniya ştatında yerləşən Stanford Universiteti Tibb Fakültəsinin genetiki Maykl Snayder bu tapıntıların əvvəlki elmi nəticələrlə uyğun olduğunu bildirir: “Bu nəticələr hormonal və metabolik nəzarətin yaşlanma prosesində əsas rol oynadığı fikrini gücləndirir. İnsan yaşlandıqca ən dərin dəyişikliklər bu sistemlərdə baş verir”.

Nəticə olaraq, bu araşdırma qocalma prosesinin sadə və sabit bir xətt üzrə getmədiyini, müxtəlif toxuma və orqanlarda fərqli zamanlarda və fərqli sürətlə baş verdiyini göstərir. 50 yaş ətrafı isə bu prosesin sürətləndiyi kritik bir dövr kimi diqqətə alınır.

AzPost.az

Post navigation

Previous: Rusiyada 5 yüz ildən sonra vulkan yenidən püskürüb
Next: Pis və narahat yuxu yaddaş itkisinə səbəb ola bilər

Oxşar xəbərlər

heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
tesla
  • Araşdırma

Tesla 100 il əvvəl smartfonları belə təsvir etmişdi – Onun daha hansı proqnozları gerçəkləşib?

User 07 Noyabr 2026 - 10:43

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.