Qocaman jurnalist Dilbər Axundzadə vəfat edib-FOTO

Tanınmış jurnalist Dilbər Axundzadə vəfat edib.

Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Agentliyin rəhbərliyi və kollektivi tanınmış jurnalist Dilbər Axundzadənin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.

Qocaman jurnalist Dilbər Axundzadə 86 yaşında dünyasını dəyişib. O, 50 ildən çox jurnalistika sahəsində çalışıb.

Əvvəl “Молодежь Азербайджанa” qəzetində çalışıb. Sonra qısa bir müddətə SSRİ-nin “Пионерская Правда” qəzetinin Azərbaycandakı müxbiri olub. Bundan başqa “Вышка”, “Бакинский рабочий”, “Зеркало” qəzetlərində işləyib. Uzun müddət “Exo” qəzetində çalışıb.

Həyat yoldaşı, mərhum jurnalist Fazil Qasımov Bakıda anadan olub. O, “Azərbaycan”, “Panorama”, “7 gün”,  “3 nöqtə” qəzetlərində işləyib.  2011-ci ilin mayında dünyasını dəyişib.

Dilbər Axundazdə tanınmış jurnalist Tofiqəxanım Qasımovanın (Nurani) anasıdır.

Dəfn sabah olacaq. Hüzr mərsimi “Təzəpir” məscidində keçiriləcək.

Allah rəhmət eləsin!

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.