Qocaman jurnalist Mais Məmmədov vəfat edib

Əməkdar jurnalist Mais Məmmədov vəfat edib.

Bu barədə tanınmış telejurnalist Vahid Mustafayev məlumat verib.

Qeyd edək ki, bir müddət əvvəl o, səhhətindəki problemlə əlaqədar xəstəxanada müalicə alırdı.

Mais Məmmədov 12 iyul 1938-ci ildə Bakıda doğulub.

SSRİ Mərkəzi Televiziyasının Azərbaycanda xüsusi müxbiri olub.

2007-ci ildən 2016-cı ilədək ANS Şirkətlər Qrupu MMC-də ictimai əlaqələr üzrə baş müşaviri, eyni zamanda ANS Müstəqil Yayım və Media Şirkətinin Fəxri Sədri vəzifəsini tutub.

1998-ci ildən 2007-ci ilədək ANS Müstəqil Yayım və Media Şirkətində rəhbər vəzifələrində işləyib. 2016-cı ilədək ANS şirkətlər qrupunun prezidentinin müşaviri kimi çalışıb.

Azərbaycan Respublikasının “Əməkdar jurnalist” Fəxri adı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.