Qrenlandiyanın paytaxtı Nuukda ABŞ bayrağını qaldırmaq cəhdi edilib.
AzPost bildirir ki, bu barədə TV2 telekanalı Qrenlandiya polisinə istinadən xəbər verir.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, hadisə yerində olan sakinlər cinayətkarı saxlayıblar.
Qeyd olunur ki, 2024-cü ilin sonunda Danimarka parlamenti ölkədə xarici bayraqların qaldırılmasını qadağan edən qanunu təsdiqləyib.