Qripi yüngülləşdirməyin yolları- TÖVSİYƏ

Qripi yüngülləşdirmək üçün daha çox ilıq mayelər, məsələn, çay, meyvə içkiləri, qızılgül suyu və zəncəfil, limon və baldan hazırlanmış içki içmək lazımdır.

Azpost.info xəbər verir ki, həkimlərə görə, heç bir halda xəstəlik ayaq üstə keçirilməməlidir.

“Heç bir halda qripə ayaqda qalmaqla dözməyə çalışmayın. Bu mərhələdə çoxlu ilıq maye içmək tövsiyə olunur . Xüsusilə bədənin temperaturu yüksəldikdə insan kifayət qədər çox su itirir. Buna görə müntəzəm və çox içmək lazımdır: əlavə olaraq ən azı 1-1,5 litr. Maye intoksikasiya ilə mübarizə aparmağa kömək edir, tənəffüs yollarının selikli qişalarının normal vəziyyətini saxlayır. İçki çox isti olmamalıdır – nazofarenksin selikli qişası artıq iltihablıdır, əlavə yanmasına ehtiyac yoxdur” – mütəxəssislər deyir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.