Quba məktəbliləri “Pink Power Fest” basketbol turnirində güclərini sınadı

“Pink Pover Fest-qız şagirdlərin idman festivalı” qrant layihəsi çərçivəsində basketbol turniri keçirilib.

Turnirə Quba rayonunun 8 ümumtəhsil məktəbinin VII-IX siniflərində təhsil alan 64 nəfər qız şagird cəlb edilib.  Quba rayonu Zəki Kərimov adına Birinci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin idman zalında təşkil olunan turnirin ¼ final mərhələsində Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin basketbolçuları Quba rayonu Bayram Şıxəmirov adına Zərdabi qəsəbə tam orta ümumtəhsil məktəbinin basketboluçularına 5-4, Quba rayonu Saleh Şahbalayev adına Hacıhüseynli kənd tam orta ümumtəhsil məktəbinin komandası Quba rayonu Bəhram Sultanov adına Ağbil kənd tam orta ümumtəhsil məktəbinin komandasına 14-6, Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin komandası Quba rayonu Qaraçay qəsəbə tam orta ümumtəhsil məktəbinin komandasına 10-0, Quba rayonu Zəki Kərimov adına Birinci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin qız basketbolçuları isə Quba rayonu Rövşən Mütəllimov adına Bağbanlı qəsəbə tam orta ümumtəhsil məktəbinin komandasına 11-2 hesabı ilə qalib gələrək ½ final mərhələsinə vəsiqə əldə edib.

Yarışın reqlamentinə əsasən ½ final mərhələsində Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin komandası Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin basketbolçularına 8-0, Quba rayonu Saleh Şahbalayev adına Hacıhüseynli kənd tam orta ümumtəhsil məktəbinin komandası isə Quba rayonu Zəki Kərimov adına Birinci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin basketbolçularına 9-4 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Final oyununda Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbinin komandası Quba rayonu Saleh Şahbalayev adına Hacıhüseynli kənd tam orta ümumtəhsil məktəbinin komandasını 28-7 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.
Bürünc mükafat uğrunda qarşılaşmada isə Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin komandası Quba rayonu Zəki Kərimov adına Birinci Nügədi kənd 1 nömrəli tam orta ümumtəhsil məktəbinin basketbolçularına 15-2 hesabı ilə qalib gələrək turniri üçüncü yerdə başa vurub.

Yekunda qalib və mükafatçılar layihə çərçivəsində kubok, medal və diplomlarla təltif edilib.

Qeyd edək ki, “Pink Pover Fest” qrant layihəsi Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanov tərəfindən Quba rayonunun müxtəlif məktəblərində icra olunur. Layihənin əsas məqsədi qız şagirdlər arasında sağlam həyat tərzinin təbliği, qız şagirdlərin idmana cəlb edilməsinin təşviq edilməsinə dəstək göstərməkdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.