Qubada Həsən bəy Zərdabinin abidəsinin açılışı olub –FOTO

Bu gün Qubada Həsən bəy Zərdabinin adını daşıyan qəsəbədə Azərbaycanda milli mətbuatın banisi Həsən bəy Zərdabinin abidəsinin və onun adını daşıyan parkın açılışı olub.

Açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin rəsmiləri, mətbuat nümayəndələri iştirak edib.

Abidənin müəllifi heykəltəraş-rəssam Şıxəli Təhməzovdur.

Həsən bəy Zərdabi 1868-ci ildə Qubada məhkəmə katibi vəzifəsində işləyib. Onun adını daşıyan, 5 min nəfərdən çox əhalinin yaşadığı qəsəbə Qubanın ən böyük yaşayış məntəqələrindəndir.

3 hektar ərazisi olan parkda sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar, dekorativ yaşıllıqlar, uşaq əyləncə mərkəzi, oyun meydançaları yaradılır. Parka səki daşları döşənib, idman sahələri salınıb.

Parkın abadlaşdırılması ilə yanaşı, 2 kilometr uzunluğundakı qəsəbədaxili yolun asfaltlanması da həyata keçirilib. Zərdabi qəsəbəsində 850 şagird yerlik yeni məktəb binasının inşasına da başlanılıb. Üçmərtəbəli məktəb binasının tikintisinin növbəti tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda qadına mesaj yazan polis işdən çıxarıldı

Sonrakı məqalə

“Azərbaycanla münasibətlərimiz tamamilə pozulub” –