Qubada oğul atasını balta ilə öldürdü

Qatil övlad həbs edilib (YENİLƏNİB)
10 İyun 2021 - 09:22

Quba rayonunda qətl hadisəsi olub.

“Report“”un verdiyi məlumata görə, hadisə rayonun Rustov İnzibati Ərazi Dairəsinin Sofikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Rəvan Sadıq oğlu Ramazanov atası, 1970-ci il təvəllüdlü Sadıq Rzaqulu oğlu Ramazanovu balta ilə vuraraq öldürüb.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Quba Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı balta ilə Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək qəsdən öldürüb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəvan Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.