Qubada ticarət mərkəzi yanıb

27 İyun 2021 - 15:56

İyunun 27-də Quba şəhərindəki ticarət mərkəzində yanğın baş verib.

Hadisə şəhərin Molla Pənah Vaqif küçəsində yerləşən iri ticarət mərkəzinin anbarından başlayıb.

Hadisə yerinə Quba Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Qısa müddətdə yanğın söndürülərək, ətraf ərazilərə yayılmasının qarşısı alınıb.

Faktla bağlı araşdırma aparılır.