Qubanın Qarxun kəndində yanğın –

Alov ot tayalarından evlərə keçib
07 Fevral 2020 - 10:23

Qubanın Qarxun kəndində yanğın başlayıb.

Yanğın ot tayalarının alışması nəticəsində meydana gəlib, daha sonra alov yaxınlıqdakı evlərə keçib.

Quba Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda kənddə 5 ev yanır.

Yanğının söndürülməsi üçün əraziyə helikopterin cəlb olunması üçün Quba RİH-nin başçısı Ziyəddin Əliyev Fövqəladə Hallar Nazirliyinə müraciət edib. (APA)

Qeyd edək ki, ucqar dağ kəndi olan Qarxun rayon mərkəzində 75 km aralıda yerləşir.