Qubanın Qarxun kəndində yanğın –Alov ot tayalarından evlərə keçib

Qubanın Qarxun kəndində yanğın başlayıb.

Yanğın ot tayalarının alışması nəticəsində meydana gəlib, daha sonra alov yaxınlıqdakı evlərə keçib.

Quba Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda kənddə 5 ev yanır.

Yanğının söndürülməsi üçün əraziyə helikopterin cəlb olunması üçün Quba RİH-nin başçısı Ziyəddin Əliyev Fövqəladə Hallar Nazirliyinə müraciət edib. (APA)

Qeyd edək ki, ucqar dağ kəndi olan Qarxun rayon mərkəzində 75 km aralıda yerləşir.  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dövlət Dəniz Agentliyi xüsusi təhlükəli hava barədə xəbərdarlıq yayıb

Sonrakı məqalə

Bakıda itkin düşən 18 yaşlı qız tapılıb