ABŞ-da baş verən vertolyot qəzasında İllinoys ştatında qubernatorluğuna namizəd Darren Beylinin ailəsinin dörd üzvü həlak olub.
AzPost CNN-ə istinadən bildirir ki, hadisə ABŞ-ın Montana ştatında baş verib. Respublikaçı namizədin oğlu, gəlini və iki nəvəsi həlak olub. Beylinin oğlu təyyarəni idarə edirmiş.
Jurnalistlərin məlumatına görə, Zakari Beyli kənd təsərrüfatı işləri ilə Montanada səfərdə olub. Burada o, ailəsini gəzinti turuna aparmaq qərarına gəlib. Beylinin pilotluq təcrübəsi olub”.
Məlumatda Darren Beylinin vəfat etmiş nəvələrinin 12 və yeddi yaşında olduğu aydınlaşdırılıb. Təyyarədə olmayan Finn adlı on yaşlı nəvə sağ qalıb.