Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib

Qusarda avtoxuliqanlıq edən sürücü həbs edilib. Rayonda yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq edən “BMW” markalı 10-ZR-886 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İbrahim Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb.

Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə İ.Əzizovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib. (APA)

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.