Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Qütb ayıları niyə donmur?

Orkhan Ali 08 İyun 2025 - 22:34 (Last updated: 08 İyun 2025 - 21:05)
eb7e4e9afa8973a429d735f4195c846a_4
Qütb ayıları -40 dərəcə Selsiyə qədər aşağı temperaturda yaşaya bilən və tez-tez Arktika okeanının dondurucu sularına dalan möcüzəvi canlılardır. Şimal qütbündə sağ qalmağı bacaran bu nadir növ, buzlu sulardan çıxdıqdan sonra belə donmur.
Qaynarinfo xəbər verir ki, bu xüsusiyyət uzun illərdir bir çox suallara səbəb olub. İndi isə yeni bir araşdırma qütb ayılarının niyə donmadığını üzə çıxara bilər.
İlk kəşf: İnfraqırmızı kameralar və soyuq kürk
“Discover Wildlife” nəşri bildirir ki, bu araşdırma Bergen Universitetindən professor Bodil Holstun bir televiziya proqramı izləyərkən infraqırmızı kameraların qütb ayılarını görə bilməməsi ilə başlayıb. Kürklərinin həddindən artıq soyuq olduğunu müşahidə edən professor, ayıların niyə donmadığını araşdırmağa qərar verib.
Daha sonra Dublin “Trinity College”dən doktorant Culyan Karolan qütb ayılarının buzlu şəraitdə necə sağ qaldığını öyrənmək üçün bir tədqiqat qrupu yaradıb.
Sebum sirri: Təbii dəri yağı
“Science Advances” jurnalında dərc olunan nəticələrə görə, bu sualın cavabı qütb ayılarının kürklərinin altındakı vəzilərdən ifraz olunan təbii dəri yağı, yəni sebum ilə bağlıdır. Bu yağlı təbəqə suyu itələyən qarışıq olan xolesterin, diasilqliserol və yağ turşularından ibarətdir. Təbii yağ suyun kürkdən tez axıb getməsini təmin edərək bədənin donmasının qarşısını alır.
Tədqiqatçılara görə, donmuş kürk soyuğu içəridə saxlayaraq izolyasiyanı zəiflədir və bu da ayıların isti qalmasını çətinləşdirərdi. Bu səbəbdən də sebum həyatda qalmaq üçün olduqca vacib rol oynayır.
Təbii yağın gizliliyə və ovda təsiri
Bu təbii yağ ayıların quru qalmasını təmin etməklə yanaşı, gizli hərəkət etmələrinə də kömək edir. Qütb ayılarının əsas qida mənbələrindən biri olan fokları izləyə bilmələri üçün fərq edilməmələri vacibdir. Bədənin ifraz etdiyi təbii yağ qütb ayılarına buz üzərində səssizcə hərəkət edərək fokları izləmək imkanı yaradır.
Görünür ki, yerli qütb icmaları qütb ayısı kürkünün bu özünəməxsus xüsusiyyətlərini uzun müddətdir bilirlər. Tədqiqatçılar ovçuların ov alətlərində qütb ayısı kürkündən istifadə etdiklərinə dair bir neçə tarixi qeydə rast gəliblər. Hazırda isə alimlər qəhvəyi ayı kimi digər ayı növlərinin kürklərində də oxşar xüsusiyyətlərin olub-olmadığını araşdırırlar.

AzPost.az

Post navigation

Previous: İstifadə müddəti bitmiş dərmanları qəbul etmək nə qədər təhlükəlidir?
Next: “Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur” –

Oxşar xəbərlər

oqrular esas
  • Araşdırma

Gündüz fəhlə, gecə quldur… – Bakıda kassaları qarət edən dəstə necə ifşa olundu?

User 15 Noyabr 2026 - 15:47
heyder eliyev kitab
  • Araşdırma

Heydər Əliyevlə bir kadrda – 45 il əvvəlki şəkildə olan şəxslər kimdir? / FOTOXRONİKA

User 09 Noyabr 2026 - 23:18
bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13

xƏBƏR

ilham ali forum
  • Baş Yazı

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur

User 15 Noyabr 2026 - 22:22
Hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur. Bu barədə Prezidentin Mətbuat...
Read more about Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident televiziya və radio işçilərini təbrik edib ilham aliyev
  • Siyasət

Prezident televiziya və radio işçilərini təbrik edib

User 15 Noyabr 2026 - 20:03
İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər isiq lampa
  • Sosial

İşıq və qaz pulunu azaltmağın 7 yolu – Ailələr üçün praktik məsləhətlər

User 15 Noyabr 2026 - 19:52
Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi ehtiram
  • Sosial

Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi

User 15 Noyabr 2026 - 17:20
Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir husiler
  • Dünya

Bab əl-Məndəb boğazı husilərin nəzarətinə keçdi – Yəməndə vəziyyət gərginləşir

User 15 Noyabr 2026 - 17:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.