Quterreş İran XİN başçısı ilə telefonla danışıb

BMT Baş katibi Antonio Quterreş İranın xarici işlər naziri Əli Baqiri Kani ilə telefonla danışıb.

Azpost.info xəbər verir ki, söhbət zamanı o, regiondakı vəziyyətlə bağlı narahatlığını bildirib.

Bu barədə Quttereşin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib.

“Baş katib İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqeri Qani ilə telefonla danışıb. Baş katib regiondakı vəziyyətdən dərin narahatlığını ifadə edib. O, bir daha bütün tərəfləri gərginliyin azaldılması istiqamətində işləməyə çağırıb”, – Düjarrik deyib.

Tərəflər həmçinin Yəməndəki vəziyyəti, xüsusilə orada saxlanılan BMT əməkdaşları ilə bağlı durumu müzakirə ediblər.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.