“Qərb sanksiyalar tətbiq etməklə Rusiyaya qarşı iqtisadi müharibəyə başlayıb. Onlar ölkədə mal qıtlığı yaratmağa cəhd edirlər”.
Azpost.info bildirir ki, bu sözləri Rusiyanın maliyyə naziri Anton Siluanov prezident Putinin yanında keçirilən iqtisadi müşavirədə bildirib.
“Son iki həftədə qərb ölkələri Rusiyaya qarşı maliyyə və iqtisadi müharibə elan edib”-deyə nazir bildirib.
Nazirin sözlərinə görə, Qərb Rusiya qarşısında olan maliyyə öhdəliklərinə defolt elan edib və Rusiyanın qızıl ehtiyatını dondurub. “Bütün vasitələrlə xarici ticarəti, idxalı dayandırmağa cəhd edirlər”.
“Qərb dövlətləri ölkəmizdə xarici malların qıtlığını yaratmağa cəhd edir, xarici kapitalla işləyən uğurlu müəssələri bağlamağa məcbur edirlər”-deyə Siluanov vurğulayıb.