Qəzzada ölən jurnalistlərin sayı 61-ə çatıb

Fələstin-İsrail münaqişəsinin başlamasından Qəzza zolağında 61 jurnalist həlak olub.

Bu barədə məlumat Jurnalistlərin Müdafiə Komitəsinin saytında yer alıb.

Bu məlumatların dekabrın 1-nə aid olduğu qeyd edilir.

Həmçinin təşkilatın məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında işləyən jurnalistlərin təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini bəyan edib.

Bundan əvvəl 53 jurnalistin öldürüldüyü bildirilirdi. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.