“Qəzza zolağının cənubundakı Rəfah hərbi əməliyyatı ilə bağlı ABŞ-ın mövqeyi dəyişməz qalıb”.
Azpost.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Qüdsdə İsrail Baş naziri Binyamin Netanyahu ilə görüşündə deyib.
Qeyd edək ki, ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatların İsrailin Rəfah əməliyyatını dəstəkləməyəcəyini bildirib.
Daha əvvəl Binyamin Netanyahu İsrailin bu əməliyyatı həyata keçirməkdə israrlı olduğunu deyib. Onun sözlərinə görə, bu əməliyyat İsrailin HƏMAS üzərində tam qələbəsi üçün lazımdır.
Azpost.info