Rəsm qalereyasında baş verən yanğın söndürülüb –

FOTO
26 Fevral 2021 - 00:50

Bakının Səbail rayonunda yanğın baş verib.

Hadisə Kiçi Qala küçəsi 82 ünvanında qeydə alınıb.

Mənzil 3-də yerləşən kondisenerdə elektrik qısaqapanması səbəbindən alov yaranıb.

Nəticədə üç otaqlı mənzildə olan rəsm əsərləri yanıb. Hazırda əraziyə FHN-in yanğından mühafizə xidmətin əməkdaşları cəlb edilib.

Alov söndürülüb və soyutma işləri aparılır.

Qeyd edək ki, mənzil incəsənət qalereyasına məxsusdur. (APA)