Azərbaycan SSRİ-nin tərkibində olarkən ölkənin tanınmış şəxsləri sovet nümayəndə heyətinin tərkibində müxtəlif ölkələrə səfərlərdə iştirak ediblər.
AzPost “FOTOXRONİKA” layihəsində bu şəkli təqdim edir.
Fotoda korifey sənətkarımız Rəşid Behbudov, Kommunist partiyasının rəsmi şəxslərindən olan Rəhim Hüseynov və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə əks olunub.
SSRİ-də məşhur olan, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudov tez-tez sovet nümayəndə heyəti ilə belə səfərlərdə olurdu.
Rəhim Hüseynov 1965–1974-cü illərdə Azərbaycan SSR Nazirlər Soveti Baş Maddi-Texniki Təchizat İdarəsi rəisinin müavini, 1974–1978-ci illərdə bu idarənin rəisi, 1978–1989-cu illərdə isə Respublika Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri vəzifələrində çalışıb.
1989–1992-ci illərdə R. Hüseynov Azərbaycan Dövlət Plan Komitəsinin sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub.
Azərbaycan Respublikasının 2-ci Baş naziridir. (1992–1993).
Allahşükür Paşazadə 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilib. Son 45 ildə QMİyə rəhbərlik edir.
Rəşid Behbudovun kürəkəni Kamil Şahverdinin təqdim etdiyi foto 1985-ci ilin oktyabrında Almaniya Demokratik Respublikasında çəkilib. Fotoqraf Ələkbər Ağasıyevdir.