Rəsmi “Azərbaycan” qəzeti saxta foto dərc edib –"Yeni Azərbaycan"ın Baş redaktorundan etiraz/FOTO

Milli Məclisin orqanı olan rəsmi “Azərbaycan” qəzeti saxta foto dərc etməkdə ittiham olunub. 
AzPost bildirir ki, bununla bağlı “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev paylaşım edib.
Qeyd edək ki, “Azərbaycan” qəzeti 10 mininci sayının çıxması münasibəti ilə əsas foto kimi mərhum prezident Heydər Əliyevin “Azərbaycan” qəzetini oxuduğu əks olunduğu şəkli çap edib.
A.Musayev bildirib ki,  bu foto gerçək deyil.
Orjinal fotoda Heydər Əliyevin “Yeni Azərbaycan” qəzetini oxuduğu əks olunub.
“Bu gün “Azərbaycan” qəzetinin 10000 – ci sayı çap olunub. Həmkarlarımızı təbrik edirik.
Təəssüf ki.. “Azərbaycan” qəzetinin dərc etdiyi foto gerçək deyil. Ulu Öndərimizin “Yeni Azərbaycan” qəzetini oxuyarkən çəkilən fotosu dəyişdirilib. Bu barədə dəfələrlə deyilib, yazılıb. Amma bu saxtakarlıq dönə – dönə tirajlanır
Fotoda da hər şey aydın görünür . Azərbaycan dövlətinin saxtakarlara və vətən xainlərinə mühariə elan etdiyi bir ərəfədə belə saxtakarlıq etmək nəyə xidmət edir? Hər bir foto faktdır. Fotonu dəyişmək faktı dəyişdirmək deməkdir.
Faktı təhrif etmək, dəyişmək isə hüquqqi məsuliyyət məsələsidir. Belə işlərlə yalnız dələduzlar məşğul ola bilər”-deyə A.Musayev qeyd edib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.