Rəsmi Moskva Paşinyanı sülh təşəbbüslərinə hörmətlə yanaşmağa çağırıb

“Cənubi Qafqaz regionunda sülh və sabitliyə nail olmaq üçün müvafiq sənədlərin müddəalarını hazırlayanların səylərinə hörmət etmək lazımdır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan baş naziri Nikol Paşinyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarını təhrif etdiyi son bəyanatlara münasibət bildirərkən deyib.

 

O, Paşinyanı Cənubi Qafqazda “həyatları bahasına sülh uğrunda mübarizə aparanlara” hörmət etməyə çağırıb: “Sənədlər sehrli çubuqla deyil, öz töhfəsini verən insanlar tərəfindən reallaşdırılır. Yazılanların reallığa çevrilməsi üçün insanlar təkcə vaxtını deyil, bəzən həyatlarını da qurban verirlər. Ona görə də mənə elə gəlir ki, sənədlərdən sitat gətirərkən belə yüngül, məsuliyyətsiz yanaşmaq olmaz”.

Zaxarova həmçinin vurğulayıb ki, regionda sülh və sabitliyə nail olmaq üçün müvafiq sənədlərin müddəalarını hazırlayanların səylərinə hörmət etmək lazımdır. “Ən vacibi budur ki, məsuliyyətli siyasətçilər mürəkkəb tarixi proses nəticəsində hazırlanmış sənədlərə qarşı məsuliyyətsiz davranmamalıdırlar”, – deyə Rusiya XİN sözçüsü vurğulayıb(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.