Rəsmi Moskva: Kiyevə nüvə silahlarının mümkün ötürülməsi beynəlxalq hüquq normalarının pozulmasıdır

“London və Paris tərəfindən Kiyevə nüvə silahlarının mümkün ötürülməsi beynəlxalq hüququn bütün norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır“.

Bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) yaydığı məlumatı şərh edən Peskov belə bir qərarın bütün nüvə silahlarının yayılmaması rejiminə təhlükə yaratdığını və bunun Ukrayna ilə bağlı danışıqlar zamanı nəzərə alınacağını söyləyib.

Qeyd edək ki, SVR bu gün Britaniya və Fransanın Ukraynaya gizli şəkildə nüvə silahı verməyə hazırlaşdığı barədə məlumat yayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.