İqtisadiyyat.az-ın Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarından əldə etdiyi xəbərə görə, banka qarşı maliyyə sanksiyaları Vergi Məcəlləsinə uyğun olaraq vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə tətbiq edilib.

Belə ki, 2008-ci il üzrə 5 hal üzrə ümumilikdə 200 manat, 2017-ci il üzrə 3 hal üzrə ümumilikdə 120 manat, 2019-cu il üzrə 1 hal üzrə ümumilikdə 40 manat, 2021-ci il üzrə 1 hal üzrə ümumilikdə 40 manat və 2023-cü il üzrə 1 hal üzrə ümumilikdə 40 manat maliyyə sanksiyası tətbiq edilib. Ötən il isə banka qarşı maliyyə sanksiyası tətbiq edilməyib.

Xatırladaq ki, “Rabitəbank” 1993-cü ildə yaradılıb, nizamnamə kapitalı 101 300 077.2 manatdır. Bankın Müşahidə Şurasının sədri Zakir Nuriyev, İdarə Heyətinin sədri isə Aydın Hüseynovdur.

“Rabitəbank”ın nizamnamə kapitalı 101,3 milyon manatdır. Bankın səhmlərinin 40,6 faizi Müşahidə Şurasının üzvü Əliyev Rauf Zeynal oğluna, 20,13 faizi Abbasova Validə Maarif qızına, 14,45 faizi bankın Müşahidə Şurasının sədri Nuriyev Zakir Əlibaba oğluna, 14,51 faizi Nuriyev Seyran Əlibaba oğluna, 9,11 faizi isə Nuriyeva Dilarə Nəsrəddin qızına aiddir.