Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində yeni təyinat olub.
AzPost xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmri ilə Rahim Mahir oğlu Hüseynov Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub.
O, hazırkı vəzifəsinə qədər Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin müdiri vəzifəsində işləyib.
©Oxu.az