Raket və artilleriya bölmələrində döyüş atışları icra edilib –-VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya Qoşunlarının bölmələrində döyüş atışları icra edilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, şəxsi heyətin səhra vərdişlərinin və praktiki bacarıqlarının artırılması məqsədilə keçirilən təlimdə artilleriya bölmələri cəmləşmə rayonlarına çıxarıldıqdan sonra təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar.

Atəşin idarəedilməsi və digər suallar məşq etdirilərək hərbi qulluqçuların bilik və bacarıqları təkmilləşdirilib.

Bölmələr şərti düşmən hədəflərini sərrast atəşlə məhv edərək qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Xankəndində sülhməramlılara nə üçün heykəl qoyulub? –

Sonrakı məqalə

“Zəngəzur dəhlizinin yaradılması əməkdaşlığı daha da gücləndirəcək” –