Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ramazan süfrəsinin əsas qidaları hansılardır? –

User 25 Mart 2023 - 14:17 (Last updated: 21 May 2025 - 20:15)
Süfrə

Süfrə

Ramazanda düzgün qidalanma qaydalarına xüsusi diqqət yetirmək lazımdır. Qida rasionu elə tərtib edilməlidir ki, imsakdan iftara qədər aclıq və susuzluq hissi narahatlıq yaratmasın. Xüsusilə imsakda mümkün qədər tərkibində maye olan yeməklərin qəbulu artırılmalıdır.

Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisi Əfsanə Cabbarova imsakda qəbul edilməli qidalar barədə deyib: “İmsakda düzgün qidalanaraq gün ərzində həm su, həm də enerji balansını qorumaq lazımdır. İmsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verilməsi tövsiyə olunur. Həzm problemi yaşamamaq, həmçinin qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan çox istifadə edilməlidir. İmsakda yulaf, süd məhsulları və yumurtadan hazırlanan qidalardan istifadə edilməsi toxluq hissinin uzadılmasına səbəb olur”.

Oruc tutarkən orqanizmin aclığa olan müqavimətinin artırılması və bədənin enerji dəyərinin yüksək saxlanılmasına çalışmaq lazımdır. İftarda isə daha çox yüngül qidalara üstünlük verilməlidir. Tərkibində duz, istiotlu və ədviyyatlı məhsulların istifadəsi mümkün qədər azaldılmalı, vitaminli, mineralların bol olduğu qidalar isə artırılmalıdır.

Həkim-diyetoloq Sevinc Həsənzadə iftarda qidalanma qaydaları barədə deyib: “İftarda yeməklər iki hissəyə bölünür. İlk növbədə sulu yeməyə üstünlük verilməlidir. Əsas yeməyə keçərkən salatlardan çox istifadə edilməlidir, çünki göyərtilərin tərkibində liflər var. Liflər əti ən tez həzm edən və parçalayan məhsul sayılır. Suyu isə əsas yeməkdən sonra, gün ərzində hər 1 saatdan bir içmək lazımdır ki, gecəyə doğru onun miqdarı bədəndə bərpa olunsun”.

İftarda mədəni çox yükləmək olmaz, eyni zamanda iftardan sonra mütləq şəkildə ən azı 1 saat hərəkətdə olmaq, yüngül idman hərəkətləri etmək və gəzintiyə çıxmaq lazımdır ki, bu da həzm prosesinin sürətlənməsi, yorğunluq hissinin aradan qaldırılması, xüsusilə də yuxu rejiminin normallaşması üçün vacibdir.

Post navigation

Previous: Ürəyin sağlam qalması üçün nə etmək lazımdır? –
Next: “Putin Avstriyaya gəlsə, həbs olunacaq”

Oxşar xəbərlər

yanacaqdolruma
  • Sosial

Şimal rayonlarında yanacaq qıtlığı yaranıb? – SOCAR-dan açıqlama

User 23 Oktyabr 2026 - 19:45
gemi
  • Sosial

PUA ilə vurulan gəmidəki Azərbaycan vətəndaşları xilas edilib

User 23 Oktyabr 2026 - 19:03
5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08

xƏBƏR

zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
Ukrayna, ABŞ və Rusiya nümayəndələri arasında üçtərəfli formatda ilk texniki görüş noyabrın birinci yarısında Birləşmiş Ərəb Əmirliklərinin...
Read more about Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı
Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.