Ramil Həsən deputat fəaliyyətini dayandırır –Mandatına xitam veriləcək

Ramil Həsən deputat fəaliyyətini dayandıracaq.

AzPost APA-ya istinadən bildirir ki, Ramil Həsən Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi vəzifəsində çalışacaq.

Onun mandatına Mərkəzi Seçki Komissiyası xitam verəcək.

Qeyd edək ki, Ramil Həsən bu il iyunun 12-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Qazaxıstanın paytaxtı Astanada keçirilən 14-cü plenar sessiyasında təşkilatın Baş katibi seçilib. O, yeni vəzifəsinə oktyabrın 15-dən etibarən başlaycaq.

Xatırladaq ki, bundan əvvəl TÜRKPA-nın Baş katibi vəzifəsini türkiyəli Mehmet Süreyya tutub. Ramil Həsən 2009-2013-cü illərdə də TÜRKPA-nın Baş katibi olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.